Molekulyar antropologiya

Molekulyar antropologiya qədim və müasir insan populyasiyaları, eləcə də müasir növlər arasında təkamül əlaqələrini müəyyən etmək üçün molekulyar analizlər aparan antropologiya sahəsidir. Ümumiyyətlə, ardıcıllıqlar arasında, DNT və ya protein ardıcıllığı arasında müqayisələr aparılır; Lakin, erkən tədqiqatlar müqayisəli serologiyadan istifadə edirdi.

Fərqli populyasiyalardakı DNT ardıcıllığını araşdıraraq, elm adamları populyasiyalar arasındakı əlaqələrin yaxınlığını (və ya populyasiya daxilində) müəyyən edə bilərlər. Genetik quruluşdakı bəzi oxşarlıqlar molekulyar antropoloqların fərqli insan qruplarının eyni haploq qrupuna mənsub olub-olmadığını və buna görə də ümumi coğrafi bir mənşəyi bölüşdüklərini müəyyən etməyə imkan verir. Bu əhəmiyyətlidir, çünki antropoloqların miqrasiya və məskunlaşma qaydalarını izləməyə imkan verir, bu da müasir populyasiyaların zaman keçdikcə necə formalaşdığı və inkişaf etdiyi haqqında lazımi məlumatlar verir.[1]

Molekulyar antropologiya insanların və digər primatların, o cümlədən şimpanze və qorillalar kimi insanla sıx bağlılığı olan digər primat növlərinin təkamül ağacının yaradılmasında son dərəcə faydalı olmuşdur. Məsələn: insanlar və şimpanzelər arasında çox sayda morfoloji oxşarlıqlar mövcud olsa da, aparılmış bəzi tədqiqatlar nəticəsində hər iki növün DNT-si arasında təxminən 98 faiz ortaqlığın olduğu qənaətinə gəlinmişdir. Aparılmış ən son tədqiqatlar nəticəsində ilə məlum olmuşdur ki, insanlar ilə şimpanzelər arasında mövcud hesab edilən genetik boşluq əvvəlkindən daha böyükdür. Yəni insanlar ilə şimpanzelər arasında mövcud hesab olunan 98 faizlik oxşarlıq əslində 94 faiz təşkil edir.[2] Bu cür məlumatlar ümumi əcdadların axtarışı prosesində və insanların necə inkişaf etdiyini daha yaxşı başa düşmək üçün də faydalıdır.

  1. Kottak, Conrad Phillip. Windows on Humanity. New York: McGraw-Hill, 2005.
  2. "Humans and Chimps: Close But Not That Close". Scientific American. 2006-12-19. 2007-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2006-12-20.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search